NATO gələn həftə Türkiyədə «Patriot»ların yerləşdirilməsi barədə qərar qəbul edə bilər

NATO gələn həftə Türkiyədə «Patriot»ların yerləşdirilməsi barədə qərar qəbul edə bilər
# 30 noyabr 2012 21:38 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Suriya ilə sərhədində «Patriot» zenit-raket komplekslərinin yerləşdirilməsi barədə qərar NATO ölkələrinin xarici işlər nazirlərinin dekabrın birinci həftəsində keçiriləcək görüşündə qəbul oluna bilər. Bu barədə alyansın nümayəndəsi Oanu Lunqesku məlumat verib.

Türkiyə ötən həftə rəsmi olaraq NATO-ya Patriot raket kompleksləri üçün müraciət edib. Alyansın baş katibi Anders Foq Rasmussen Ankaranın müraciətinə dərhal baxılacağını bildirib. Rasmussenin sözlərinə görə, Patriot sistemi tamamilə müdafiə xarakterlidir və digər məqsədlərlə istifadə olunmayacaq.

Hazırda bu məsələ ilə bağlı NATO nümayəndə heyəti Türkiyədədir. Nümayəndələr Türkiyə hərbçiləri ilə birgə raket komplekslərinin yerləşdirilə biləcəyi yerləri öyrənirlər. Lunqeskunun sözlərinə görə, nümayəndə heyəti artıq müəyyən irəliləyişlərə nail olub və gələn həftə Türkiyənin müraciətinə dair müsbət qərar qəbul oluna bilər.

«Qərar qəbul olunduqdan sonra komplekslərin yerləşdirilməsinə bir neçə həftə sərf olunacaq», deyə Lunqesku bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR