NATO və Türkiyə “Patriot” raket-zenit kompleksi məsələsində razılığa gəlib

NATO və Türkiyə “Patriot” raket-zenit kompleksi məsələsində razılığa gəlib
# 20 noyabr 2012 13:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. NATO Suriyanın hücumlarından müdafiə olunmaq məqsədilə Türkiyəni “Patriot” raket-zenit kompleksi ilə təmin etməyə razılıq verib. APA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müvafiq danışıqlar artıq başa çatmaq üzrədir: “NATO-nu “Patriot” raket-zenit kompleksi ilə təmin edən ölkələr məlumdur, Türkiyə bu ölkələrlə razılığa gəlib. Rəsmi bəyanat isə tezliklə veriləcək. İntensiv işlər aparılır və danışıqlar artıq son mərhələsinə çatıb”.

Qeyd edək ki, hazırda “Patriot” sistemi ilə ABŞ, Niderland və Almaniya təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR