Rəcəb Tayyib Ərdoğan: “Artıq İranın bəyanatlarına öyrəşmişik”

Rəcəb Tayyib Ərdoğan: “Artıq İranın bəyanatlarına öyrəşmişik”
# 30 noyabr 2012 23:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran rəsmilərinin ölkəsinin Suriya ilə sərhədə yerləşdirməyi planlaşdırdığı “Patriot” raketləri ilə bağlı təhdid dolu bəyanatlar səsləndirməsinə münasibət bildirib. APA-nın məlumatına görə, R.T.Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, İran tərəfindən daha əvvəl də buna oxşar şərhlər olub: “Biz bunu onlardan soruşduğumuzda isə “Bu bizim rəsmi mövqeyimiz deyil, həmin şəxsin öz fikridir" deyirlər. Artıq bunlara öyrəşmişik. Bu birinci deyil, ikinci deyil, həmişə belə olub. Xarici İşlər Nazirliyi yenə də məsələ ilə bağlı İran tərəfinə müraciət ünvanlayacaq. Amma yenə də “öz fikridir, bizim rəsmi mövqeyimiz deyil” deyəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR