Rəcəb Tayyib Ərdoğan: “İsrail Qəzza sektorunda terror törədir”

Rəcəb Tayyib Ərdoğan: “İsrail Qəzza sektorunda terror törədir”
# 19 noyabr 2012 15:12 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza sektorunu bombalamasını pisləyərək bunu terror aktı kimi qiymətləndirib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir İstanbulda keçirilən Avrasiya İslam Konfransında çıxış edərək bildirib ki, İslamı terrorizmlə eyniləşdirənlər İsrailin törətdiklərini görmək istəmirlər: “Onlar Qəzzada törədilən uşaq qətliamını görmürlər. Buna görə də mən İsraili terrorçu dövlət kimi qəbul edirəm və bu dövlətin etdiklərini terror aktı kimi qiymətləndirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR