Sabah Belçika kralı II Albert taxt-tacdan imtina edəcək

Sabah Belçika kralı II Albert taxt-tacdan imtina edəcək
# 20 iyul 2013 16:14 (UTC +04:00)

APA-nın xarici medialara istinadən verdiyi məlumata görə, ölkənin milli bayramı - Kralın andiçmə günündə monarx ölkə rəhbərliyini öz 53 yaşlı oğlu Filippə təhvil verəcək.

Bu qərarı o, səhhətinin pisləşməsi ilə əlaqələndirib. 79 yaşlı kral öz teleçıxışında belçikalıları birliyə və maliyyə böhranına baxmayaraq, Avropaya inanmağa çağırıb.

Qeyd edək ki, II Albert 1993-cü ildə böyük qardaşı kral Boduenin ölümündən sonra taxt taca gəlib. Onun hakimiyyət dövrü ölkənin parçalamaqdan xilas edilməsi və ölkədə yaşayan flamandlarla vallonların arasında mövcud olan siyasi böhranın aşılması ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR