Şahzadə Uilyam və Keyt oğlunu dünyaya göstərib - FOTO

Şahzadə Uilyam və Keyt oğlunu dünyaya göstərib - <span style="color: red;">FOTO
# 23 iyul 2013 22:42 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, müqəddəs Mariya xəstəxanasını tərk etməzdən əvvəl Uilyam və Keyt doğum evinin qarşısına toplaşan insanları və mətbuat nümayəndələrini salamlayaraq körpəni ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, dünyaya gəlmiş körpə babası Uels şahzadəsi Çarlzdan və atası Uilyamdan sonra Britaniya taxt-tacın üçüncü varisidir. Onun adı hələlik açıqlanmır. Uilyam və Keytin ilk övladına Kembric şahzadəsi titulu veriləcək.

Yeni şahzadənin dünyaya gəlməsi xəbərini britaniyalılar böyük sevinc və coşqunluqla qarşılayıblar. Yüzlərlə insan Kensinqton sarayının ətrafına toplaşaraq bu əlamətdar hadisəni qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR