Şimali İrlandiyada dinlərarası toqquşmalar nəticəsində 32 polis xəsarət alıb

Şimali İrlandiyada dinlərarası toqquşmalar nəticəsində 32 polis xəsarət alıb
# 14 iyul 2013 01:46 (UTC +04:00)

Bakı-APA. Şimali İrlandiyada dinlərarası toqquşmalar nəticəsində 32 polis xəsarət alıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şimali İrlandiya polisinin rəhbəri Mett Beqqot jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, iğtişaşların qarşısını almaq üçün İngiltərə, Şotlandiya və Uelsdən əlavə 400-dək polis nəfəri cəlb olunub. Qeyd edək ki, toqquşmalar Şimali İrlandiyanın Birləşmiş Krallığa məxsus olduğunu hesab edən protestant -“narıncı”ların iyulun 12-də keçirdiyi ənənəvi marşdan sonra baş verib. Mett Beqqot iğtişaşlara görə məsuliyyəti “Narıncı Orden”in üzərində qoyub.

Qeyd edək ki, ötən gün protestantlarla polis və katoliklər arasında toqquşmalar 6 saat davam edib.

1998-ci ildə Şimali İrlandiyanın təriqətləri arasında sülh sazişinin bağlanmasına baxmayaraq, bölgənin Birləşmiş Krallığa məxsus olduğunu hesab edən protestantlar və ərazini müstəqil İrlandiyaya birləşdirmək tələbi ilə çıxış edən millətçi-katoliklər toqquşmalar hələ də uzun müddətdir ki davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR