Tiflisdə “Pələng dərisi geymiş pəhləvan” əsərinin 300 illik yubileyi qeyd edilib - FOTO

Tiflisdə “Pələng dərisi geymiş pəhləvan” əsərinin 300 illik yubileyi qeyd edilib - <span style="color: red;">FOTO
# 16 iyul 2013 15:00 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetində “Pələng dərisi geymiş pəhləvan” əsərinin nəşr olunmasının 300 illik yubileyi qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri universitetin kitabxanasının direktoru Zurab Qaibaraşvili açaraq, 1712-ci ildə nəşr olunan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin 300 illik yubileyini universitet üçün bayram adlandırıb: “Kitabxanamızın təşəbbüsü ilə biz “Pələng dərisi geymiş pəhləvan” poemasını yenidən əlyazma şəkilində nəşr etdik. Bu nəşrin meydana çıxmasında Gürcüstanın alimləri, incəsənət sahəsinin müxtəlif nümayəndələri, universitetimizin professorları gərgin əmək həsr ediblər. Kitabda eyni zamanda müasir rəssamların poemaya aid rəsm əsərləri də daxil edilib. Kitab ilk dəfə 1712-ci ildə gürcü çarı Vİ Vaxtanq tərəfindən nəşr olunub.”

APA-nın məlumatına görə, tədbirdə gürcü rəssamlarının poemaya aid çəkdikləri illüstrasiyaların sərgisi də təşkil olunub.

İ.Cavaxişvili adına TDU-nun kitabxanasının direktoru Zurab Qaibaşvili APA-ya açıqlamasında Ş. Rustavelinin əsərinin bir neçə dəfə Azərbaycan dilinə tərcümə olunduğunu və son dəfə universitetin tələbəsi olan, şair İmir Məmmədli tərəfindən tərcümə edildiyini bildirib.

Gürcüstan Elmlər Akademiyasının üzvü, akademik, İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin professoru Quram Lorkipanidze Gürcüstanda 849-cu ildən bəri əlyazmalar ənənəsinin davam etdirilmədiyini bildirib: “Bu gün qədim əlyazma ənənəsinin başlanğıcını qoyduq. Mən və digər akademiklər, professorlar kitabın boş qalan səhifələrinə imza atdıq. Bu əsər bu yaxınlarda Bakıda da tərcümə olunaraq, nəşr edilib”.

Qeyd edək ki, ötən ay "Pələng dərisi geymiş pəhləvan" əsərinin ən qədim əlyazması UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR