Türkiyə İsraildən təcili olaraq Qəzzaya hücumu dayandırmağı tələb edib

Türkiyə İsraildən təcili olaraq Qəzzaya hücumu dayandırmağı tələb edib
# 15 noyabr 2012 00:41 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatı pisləyib və bu ölkədən təcili hücuma son qoymağı tələb edib.

«Qəzza zolağında bu gün başlamış əməliyyat İsrailin təcavüzkar siyasətinin növbəti nümunəsidir. Biz bu hücumu qətiyyətlə pisləyirik və onun dərhal dayandırılmasını tələb edirik», deyə Türkiyə XİN bəyan edib. Bəyanatda qeyd olunur ki, Ankara «dəfələrlə heç bir dövlətin beynəlxalq qanunvericilikdən üstün olmadığını bildirib».

Türkiyə XİN beynəxalq ictimaiyyət və BMT-ni hadisəyə lazımi reaksiya göstərməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR