Türkiyədə kəndlilər arasında baş verən silahlı qarşıdurmada 8 nəfər ölüb

Türkiyədə kəndlilər arasında baş verən silahlı qarşıdurmada 8 nəfər ölüb
# 17 iyul 2013 12:27 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Muş vilayətinin Bulanık rayonunun Eskiyol kəndində iki ailə arasında silahlı qarşıdurma baş verib. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, otlaq sahəsi üstündə yaranan mübahisədə əvvəlcə bel, kərənti kimi alətlərdən istifadə olunub, daha sonra isə kəndlilər odlu silaha əl atıblar. Nəticədə 8 nəfər ölüb, 9 nəfər yaralanıb.

Kəndə jandarmalar yeridilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda jandarma vəziyyətə nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR