Türkiyədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə dəstək aksiyası keçirilib

Türkiyədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə dəstək aksiyası keçirilib
# 18 iyul 2013 11:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Türkiyədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə dəstək aksiyası keçirilib. APA-nın “Al Jazeera” kanalına istinadən verdiyi məlumata görə, İstanbulda toplaşan yüzlərlə insan Mursinin yenidən prezident vəzifəsinə gətirilməsini tələb ediblər. Aksiya iştirakçıları əllərində Türkiyə və Misirin bayraqları və üstündə şüarlar yazılmış plakatlar tutulublar. Onların sözlərinə görə, Misirdə baş verən hadisələr müsəlmanlara qarşı cinayətdir və Misirin ilk demokratik seçilmiş prezident öz vəzifələrini icra etməyə davam etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR