Türkiyədə Suriya müxalifətinin birləşmiş komandanlığı yaradılıb

Türkiyədə Suriya müxalifətinin birləşmiş komandanlığı yaradılıb
# 07 dekabr 2012 19:35 (UTC +04:00)

Bakı-APA. Türkiyədə görüşlər keçirən Suriya silahlı müxalifətin nümayəndələri birləşmiş komandanlıq yaradıblar. APA-nın “Röyter” agentliyinə istinadən verdiyi məlumata görə, komandanlığın tərkibinə 30 nəfər seçilib.

“Biz hal-hazırda Suriyanın hər bir regionu üzrə komandan və komissar seçirik”, - deyə agentliyə Türkiyənin Antalya şəhərində keçirilən danışıqların iştirakçılarından biri bildirib.

Digər mənbənin məlumatına görə, komandanlıq tərkibinə daxil olanların 2/3 hissəsi “Müsəlman qardaşlar” islamçı hərəkatının fəallarıdır. Birləşmiş komandanlığın bir neçə üzvü isə müxalifət düşərgəsinə keçmiş sabiq hərbçilərdir.

Bir qədər əvvəl yayılan məlumatlara görə, Qətərdə bu yaxınlarda yaradılan Suriya müxalifətinin Milli koalisiyası silahlı üsyançıların birləşmiş komandanlığı yaratmaq niyyətində olduğunu bəyan etmişdi. Bunun səbəbi Suriyada silahlı birləşmələrin Bəşər Əsəd rejiminə qarşı pərakəndə şəkildə çıxış etməsi göstərilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR