Türkiyədə zirehli transportyor qəzaya uğrayıb, 7 hərbçi yaralanıb

Türkiyədə zirehli transportyor qəzaya uğrayıb, 7 hərbçi yaralanıb
# 04 dekabr 2012 03:41 (UTC +04:00)

Bakı-APA. Türkiyədə Vandan Hakkariyə gedən hərbi konvoydakı zirehli transportyorun qəzaya uğraması nəticəsində 7 hərbçi yaralanıb.

Qəza Vanıın Başkale ilçəsindən 20 kilometr məsafədəki Bebleşin rayonunda baş verib. Tırtıllı transportyor idarəetməni itirərək dərəyə yuvarlanıb. Digər hərbçilər və mülki şəxslərin köməyilə yaralılar ZTR-dən çıxarılıblar. Yaralılar ilk olaraq Başkale Dövlet Xəstəxanasına aparılıblar.

Vəziyyəti ağır olan 5 hərbçi, ilk müdaxilədən sonra hərbi helikopterle Van hospitalına çatdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR