Ukrayna ATƏT-ə sədrlik etdiyi müddət ərzində təşkilatın siyasətində prioritet olacaq istiqamətləri açıqlayıb

Ukrayna ATƏT-ə sədrlik etdiyi müddət ərzində təşkilatın siyasətində prioritet olacaq istiqamətləri açıqlayıb
# 06 dekabr 2012 18:52 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, Dublində keçirilən ATƏT-in XİN rəhbərləri Şurasının 19-cu iclasında çıxış edən Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib ki, 2013-cü ildə bu təşkilata sədrliyi dövrdə Ukrayna təhlükəsizliyin, iqtisadiyyatın, humanitar sahənin inkişafına öz tövhəsini verməyə çalışacaq.

Təhlükəsizlik sahəsindən danışan Qrişenko regionda olan münaqişələrin nizamlamasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, Ukrayna sədrliyi dövrdə silahlanma üzərində nəzarətin gücləndirilməsinə, terrorçuluğa, insan alverinə qarşı mübarizəyə xüsusi önəm verəcək.

Bununla bərabər Ukrayna regionda enerjidən səmərəli istifadə, nəqliyyat sisteminin inkişafına, yeni ticarət dəhlizlərin yaradılmasına, insan haqlarının təmin olması istiqamətində çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR