Gürcüstanın yeni hakimiyyəti Kutaisi şəhərindəki “Hökumət Evi”ndən imtina edib

Gürcüstanın yeni hakimiyyəti Kutaisi şəhərindəki “Hökumət Evi”ndən imtina edib
# 02 dekabr 2012 01:20 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Kutaisi şəhərində yeni tikilən “Hökumət Evi” fəaliyyətini dayandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə dövlət dəftərxanasının rəhbəri Maya Tsikitişvili məlumat verib. “Dövlət dəftərxanasında, o cümlədən Kutaisidəki “Hökumət Evi”ndə ixtisarlar aparıldığından burada çalışan vəzifəli şəxslərin hamısı işdən azad edilib. Son vaxtlar isə Kutaisidəki “Hökumət Evi” fəaliyyət göstərmirdi, binanın tikintisi də sona çatmayıb və hökumət dəftərxanasının balansına təhvil verilməyib. Onu saxlamağa isə ehtiyac yox idi.”

Qeyd edək ki, Kutaisidəki “Hökumət Evi”ndə baş nazir və Gürcüstan hökumət üzvləri üçün kabinetlər, keçiriləcək konfranslar və rəsmi görüşlər və əməkdaşlar üçün kabinetlər ayrılıb.

APA-nın məlumatına görə, Gürcüstanın dövlət dəftərxanasında çalışan əməkdaşların 50 faizi işdən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR