Xerson və qonşu yaşayış məntəqələrindən əhalinin yarısı köçürülməyib

Xerson və qonşu yaşayış məntəqələrindən əhalinin yarısı köçürülməyib
# 27 oktyabr 2022 15:36 (UTC +04:00)

Təxliyə başlayandan indiyə qədər Xerson və qonşuluqdakı yaşayış məntəqələrindən əhalinin yarısı köçməyib.

APA xəbər verir ki, bunu Xerson vilayəti qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Saldo “Rossiya-24” telekanalının efirində deyib.

O bildirib ki, təxliyə davam edir: “Təxliyə davam edir, lakin Xerson vilayəti sakinlərinin çox hissəsi öz yerlərində qalıb. Xerson şəhərinin və vilayətin Dnepr çayının sağ sahilinə düşən hissəsindəki yaşayış məntəqələrindəki əhali sayı 320 mindən çox hesablanmışdı. Buna görə də hazırkı hesablamalarımıza görə, 150-170 min arası insan hələ evlərini tərk etməyib”.

Saldo həmçinin vurğulayıb ki, Xerson vilayətinin Dnepr çayının sağ sahilindəki hissəsindən köçürülən şəxslər, qələbə əldə olunana kimi, köçdükləri yerlərdə qalacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR