Xersonda daşqına məruz qalmış ərazilərdə suyun səviyyəsi 20 sm azalıb

Xersonda daşqına məruz qalmış ərazilərdə suyun səviyyəsi 20 sm azalıb
# 09 iyun 2023 11:09 (UTC +04:00)

Xersonda daşqına məruz qalmış ərazilərdə suyun səviyyəsi gecə ərzində 20 sm azalıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Xerson regional hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram”da məlumat paylaşıb.

“Dneprin qərb sahilində suyun səviyyəsi orta hesabla 5,38 metr, Xerson şəhərində 5,35 metrdir. Biz artıq suyun səviyyəsinin gecə boyunca 20 sm azaldığını görə bilirik”, - Prokudin bildirib.

O, insanları dərhal su basmış əraziləri tərk etməyə çağırıb: “Əgər siz daşqın zonasındasınızsa, ərazini dərhal tərk edin. Orada gözləmək seçim deyil, özünüzü təhlükəyə atmayın. Təxliyədən sonra ehtiyac duyduğunuz hər şeylə təmin ediləcəksiniz. Bizdə yeganə çatışmayan şey vaxtdır. Günün 24 saatı bizim üçün bütün məsələlərin həllinə kifayət etmir”.

Prokudin komandasının son 24 saat ərzinə 400 cavabsız zəngin qəbul etdiyini, lakin bütün çağırışlara daha sonra geri zəng ediləcəyini qeyd edib. Prokudin daşqın nəticəsində Xersonda 32 yaşayış məntəqəsində 3 624 evin su altında qaldığını, 2 352 nəfərin təxliyə edildiyini, həmçinin 550 heyvanın xilas edildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR