XİN başçısı: Türkiyə 125 ölkədən gələn terrorçu ilə mübarizə aparıb

XİN başçısı: Türkiyə 125 ölkədən gələn terrorçu ilə mübarizə aparıb
# 02 dekabr 2022 18:11 (UTC +04:00)

“Türkiyə Avropa təhlükəsizliyinə inanılmaz böyük töhfə verir”.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Avropanın cənubda sərhədləri Yunanıstandan yox, Türkiyədən başlayır: “Daha geniş anlamda Rusiya, Ermənistan, Azərbaycan, hətta Qazaxıstan coğrafiyasının bir qismi də Avropadadır. Cənubda Avropanın və NATO-nun sərhədləri Türkiyə ilə başlayır. Yəni terrorla mübarizə baxımından Türkiyə ən vacib aktordur. Biz İŞİD-lə aktiv mübarizə aparan tək NATO müttəfiqiyik. 125 ölkədən gələn terrorçularla biz mübarizə aparmışıq. NATO hər zaman Türkiyənin rolunu təqdir edir. Ancaq Avropa İttifaqı üçün bunun eynisini demək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR