XİN: Litva sakinləri Ukrayna üçün 6 milyon avro toplayıb

XİN: Litva sakinləri Ukrayna üçün 6 milyon avro toplayıb
# 05 fevral 2023 23:52 (UTC +04:00)

Litva sakinləri Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alınması üçün vəsait toplayıblar.

APA-nın məlumatına görə, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Twitter” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, 6 milyon avro yığılıb. O, həmçinin qeyd edib ki, Litva qələbə əldə olunana qədər Ukraynanın yanında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR