XİN rəhbəri: "Almaniya Ukraynaya göndərdiyi hər silahı ictimaiyyətə açıqlamayıb"

Annalena Berbok

© APA | Annalena Berbok

# 20 aprel 2022 15:33 (UTC +04:00)

Almaniya Ukraynaya göndərdiyi bütün silahları ictimaiyyətə açıqlamayıb.

APA DW-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok latviyalı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Almaniya tank əleyhinə “Stinger” raketləri və digər silahlar göndərib ki, biz bunu ictimaiyyətə açıqlamamışıq, belə olan halda silahlar tez zamanda və təhlükəsiz şəkildə çatdırılıb”, - Almaniya XİN rəhbəri bildirib.

O əlavə edib ki, Almaniya hökuməti zirehli texnikanın göndərilməsinin əleyhinə deyil və artıq bunu bəyan edib, lakin hazırda avadanlıq göndərmək imkanı yoxdur. Bununla belə, Annalena Berbok qeyd edib ki, onun ölkəsi Ukraynaya hərbi müdafiə sahəsində yardım etmək üçün uzunmüddətli perspektiv izləyəcək.

“Bu, yaxın üç ay və növbəti üç ildir. Almaniya bu müddətdə daha çox töhfə verə bilər”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR