XİN: Rusiya səfirliyinin 50-dən çox əməkdaşı 30 gün ərzində Rumıniyanı tərk etməlidir

Buxarestdəki Rusiya səfirliyinin binası

© APA | Buxarestdəki Rusiya səfirliyinin binası

# 08 iyun 2023 18:29 (UTC +04:00)

Rumıniyadakı Rusiya səfirliyinin 50-dən çox əməkdaşı 30 gün ərzində ölkəni tərk etməlidir.

APA xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya səfirliyi 51 əməkdaşını ixtisar etməlidir ki, bura 21 diplomat və 30 texniki və inzibati heyə daxildir. Rumıniya XİN-in tələbinə görə, səfirlikdə 11 diplomat və 29 əməkdaş qalmalıdır.

Xarici İşlər Nazirliyi qeyd edib ki, bu qərar ikitərəfli münasibətlərin hazırkı səviyyəsini əks etdirir. Qeyd olunub ki, Buxaresti konkret olaraq hansı əməkdaşların tərk etməli olduğunu Rusiya hakimiyyət orqanları özləri müəyyən edə bilər, əks halda Rumıniya Xarici İşlər Nazirliyi diplomatik missiyanın bəzi əməkdaşlarının akkreditasiyasını ləğv etmək üçün tədbirlər görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR