XİN: Suriya münaqişəsinin həlli üçün ən çox səy göstərən ölkə Türkiyə olub

XİN: Suriya münaqişəsinin həlli üçün ən çox səy göstərən ölkə Türkiyə olub
# 12 avqust 2022 13:20 (UTC +04:00)

Suriyada münaqişənin başladığı gündən bu ölkədəki böhranın xalqın haqlı gözləntilərinə uyğun həlli üçün ən çox səy göstərən ölkə Türkiyə olub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu kontekstdə Türkiyə Astana və Cenevrə prosesləri ilə atəşkəsin qorunmasında və Konstitusiya Komitəsinin yaradılmasında aparıcı rol oynayıb, siyasi prosesdə müxalifətə və danışıqlar heyətinə tam dəstək verib.

“Rejim səbəbindən proses irəliləmir. Milyonlarla suriyalıya müvəqqəti qoruma təmin edən Türkiyə, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində göstərilən yol xəritəsinə uyğun olaraq qaçqınların könüllü və təhlükəsiz geri qayıtmaları üçün uyğun şərtlərin hazırlanması və münaqişənin həlli istiqamətində səylərə fəal şəkildə töhfə verməyə davam edir”, - deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, Türkiyənin beynəlxalq ictimaiyyətin bütün maraqlı tərəfləri ilə əməkdaşlıq edərək, Suriya xalqının gözləntilərinə uyğun olaraq bu münaqişənin qalıcı həlli istiqamətində səylərə güclü töhfə verməyə, Suriya xalqı ilə həmrəyliyin davam etdirəcəyi də vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR