Xorvatiya avrozonaya və Şengen zonasına daxil olub

Xorvatiya avrozonaya və Şengen zonasına daxil olub
# 01 yanvar 2023 04:01 (UTC +04:00)

Xorvatiya 1 yanvar 2023-cü ildən avrozonaya və Şengen zonasına daxil olub.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, Xorvatiya avrozonanın 20-ci, Şengen zonasının isə 27-ci ölkəsi olub.

01.00-dan (Bakı vaxtı ilə 04.00) etibarən Avropa ölkələri ilə sərhəddəki 73 keçid məntəqəsi fəaliyyətini dayandırıb. Şengen zonası vətəndaşlarının ölkəyə sərbəst keçidi təmin edilib. Lakin aeroportlarda Şengen rejimi martdan tətbiq ediləcək.

Bu gündən ölkənin pul vahidi kuna da tədavüldən çıxarılıb. 2 il müddətində avro kuna ilə paralel işlənib. Son statistikaya görə əmanətlərin və ticarət əməliyyatlarının 80%-i avro ilə aparılır.

Avrozonaya və Şengen zonasına daxil olmaqla Xorvatiya hökuməti əsas gəlir mənbəyi olan turizmi asanlaşdırmaq istəyir. Pasport nəzarətinə görə yay mövsümündə sərhəd keçid məntəqələrində kilometrlərlə növbə yaranırdı. Eyni zamanda hökumət avrozonaya girməklə inflyasiyanı aşağı salmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR