Xüsusi nümayəndə: Paşinyan və Ərdoğan yaxın gələcəkdə görüşə bilər

Ərdoğan, Paşinyan

© APA | Ərdoğan, Paşinyan

# 29 sentyabr 2022 16:34 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın gələcəkdə baş tuta bilər.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.

“Belə bir görüş həqiqətən baş tuta bilər və gündəlik Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi olacaq. Bu mənada bizim mövqeyimizdə dəyişiklik yoxdur”, - Ruben Rubinyan Ermənistan Baş naziri Paşinyan və Türkiyə Prezidenti arasında yaxın günlərdə görüşün baş tutması ehtimalı və bu görüş olarsa, müzakirələrin mövzusunun nə olacağı barədə suala cavab verərkən qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR