Yaşar Gülər müdafiə, Ali Yerlikaya daxili işlər, Hakan Fidan xarici işlər naziri təyin edilib

Hakan Fidan

© APA | Hakan Fidan

# 03 iyun 2023 23:14 (UTC +04:00)

Türkiyənin yeni müdafiə naziri ordu generalı Yaşar Gülər olub.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayarkən bildirib.

Qeyd edək ki, bundan əvvəl milli müdafiə naziri Hulusi Akar idi.

Türkiyənin yeni xarici işlər naziri isə Hakan Fidan olub. Bundan əvvəl bu postu Mövlud Çavuşoğlu tuturdu.

Yeni daxili işlər naziri Ali Yerlikaya olub. Daha əvvəl bu postu Süleyman Soylu tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR