Yunanıstan əczaçılıq şirkətindən böyük həcmdə kompensasiya tələb edir

Yunanıstan əczaçılıq şirkətindən böyük həcmdə kompensasiya tələb edir
# 18 iyun 2022 05:38 (UTC +04:00)

Yunanıstan hökuməti “Novatris” əczaçılıq şirkətindən 214 milyon avro maddi-mənəvi təzminat tələb edir.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İsveçrə şirkəti 2006-2015-ci illərdə dərmanların yüksəık qiymətə satılması üçün həkimlərə və məmurlara külli miqdarda rüşvət verib. Məqsəd bazarda hakim mövqeyini qorumaq olub. Bu adddım Yunanıstan büdcəsinə və tibbi sığorta şirkətlərinə 3 milyard avro ziyan vurub.

Dəlil yetərsizliyinə görə hələlik heç kimə ittiham irəli sürülməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR