Yunanıstan "F-35" qırıcılarını almaq üçün ABŞ-a müraciət edib

Yunanıstan "F-35" qırıcılarını almaq üçün ABŞ-a müraciət edib
# 01 iyul 2022 07:55 (UTC +04:00)

Yunanıstan ABŞ-a bir eskadrilya Amerika F-35 qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı rəsmi müraciətlə məktub göndərib.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi xəbər verib.

Məlumata əsasən, bu qərarı NATO-nun Madriddə keçirilən sammiti zamanı Yunanıstanın baş naziri Kiriakos Mitsotakis jurnalistlərə bildirib.

O, Yunanıstanın daha sonra belə təyyarələrin əlavə partiyası sifariş edəcəyini istisna etməyib:

“Bu prosesin bir hissəsi sorğu məktubu göndərməkdir ki, bu yaxınlarda biz bunu etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR