Yunanıstan hökuməti Ukraynaya “Leopard 2” tankları verməyəcəyini açıqlayıb

Yunanıstan hökuməti Ukraynaya “Leopard 2” tankları verməyəcəyini açıqlayıb
# 01 fevral 2023 06:17 (UTC +04:00)

Yunanıstan Ukraynaya “Leopard 2” tankı tədarük etməyəcək.

APA “Onalert.gr” saytına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib.

“Ukraynaya əhəmiyyətli hərbi dəstək vermişik. Bu dəstək xüsusilə zirehli piyada maşınlarında özünü göstərib. Ancaq “Leopard 2” tanklarını müdafiəmiz üçün tamamilə vacib hesab etdiyimizə görə verməyəcəyik. Biz açıq şəkildə bildirdik ki, Ukraynaya dəstək verməyə hazırıq, lakin bu müdafiə imkanlarımızın zərərinə baş verməməlidir”, - deyə Kiriakos Mitsotakis bildirib.

Xatırladaq ki, yanvarın 25-də ABŞ hakimiyyəti Kiyevə 31 “M1 Abrams” tankı göndərmək niyyətində olduqlarını açıqladı.

Həmin gün Almaniya hökuməti də Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini bildirdi.

Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransa da Kiyevə Qərb istehsalı olan tanklar vermək niyyətlərini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR