Yunanıstan razılaşmaları pozaraq Türkiyə sahillərindəki adalara zirehli texnika yerləşdirib

Yunanıstan razılaşmaları pozaraq Türkiyə sahillərindəki adalara zirehli texnika yerləşdirib
# 25 sentyabr 2022 13:36 (UTC +04:00)

Yunanıstan beynəlxalq razılaşmaları pozaraq Türkiyə sahillərindəki Midilli və Sisam adalarına zirehli texnika yerləşdirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, beynəlxalq sazişlərə əsasən, Egey dənizindəki bu adalar silahsızlaşdırılıb.

Ancaq Yunanıstan beynəlxalq razılaşmaları pozaraq, 18 və 21 sentyabr tarixlərində Midilli adasına 23 ədəd, Sisam adasına isə 18 ədəd piyadaların döyüş maşınını yerləşdirib.

Gəmi ilə adalara gətirilən zirehli texnikaların görüntülərini Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları qeydə alıb. Adalara yerləşdirilən piyadaların döyüş maşınlarının ABŞ-ın Yunanıstana bağışladığı maşınlar olduğu da məlum olub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR