Yunanıstanda avropalılardan Covid-19 testi tələb edilməyəcək

Yunanıstanda avropalılardan Covid-19 testi tələb edilməyəcək
# 06 fevral 2022 07:03 (UTC +04:00)

Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə Covid-19 testi tələb edilməyəcək.

APA-nın xəbərinə bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris televiziyaya müsahibəsində deyib.

Nazir bildirib ki, fevralın 7-dən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli Covid-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.

Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR