Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artıb

Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artıb
# 06 sentyabr 2022 21:54 (UTC +04:00)

Yunanıstanda ağcaqanadlar vasitəsilə ötürülən yoluxucu xəstəlik olan Qərbi Nil Virusuna (QNV) yoluxma hallarının artması müşahidə edilir.

APA xəbər verir ki, bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) açıqlama verib.

Bildirilir ki, yoluxma ilə yanaşı ölüm hallarının da artması müşahidə edilir.

Ölkədə yoluxma sayının 160-a yüksəldiyi bildirilib.

Açıqlamada indiyədək virusdan 14 nəfərin öldüyü qeyd edilib.

Virus əsasən mərkəzi sinir sisteminə təsir edir.

Bildirilir ki, virusa yoluxanların təxminən 80 faizində heç bir əlamət yoxdur, xəstələrin isə təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, baş ağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR