Yunanıstanın Lesbos adasından turistlər təxliyə edilib - YENİLƏNİB

Yunanıstanın Lesbos adasından turistlər təxliyə edilib  - YENİLƏNİB
# 24 iyul 2022 03:45 (UTC +04:00)

Meşə yanğınları şiddətləndiyi üçün Yunanıstanın Lesbos adasından turistlər təxliyə edilib.

APA-nın xəbərinə görə, adadakı Vatera qəsəbəsində onadək ev yandığı üçün yerli sakinlər və turistlər təxliyə edilib. Yanğınla mübarizəyə əlavə olaraq 7 təyyarə cəlb olunub.

***

02.13

Yunanıstanlı yanğınsöndürənlər sutka ərzində 53 meşə yanğını ocağının söndürülməsi ilə məşğul olublar.

APA-nın xəbərinə görə, bu barədə “Kathmerini” saytı məlumat yayıb.

Ən ağır vəziyyət Lesbos adasında müşahidə olunur.

Adada alovla mübarizəyə 320 yanğınsöndürən, 63 texnika, həmçinin hərbçilər və könüllülər cəlb olunub. İsti və küləkli hava alovla mübarizəni çətinləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR