Yunanstanda qəzaya uğrayan Ukrayna təyyarəsi Banqladeşə silah daşıyırmış - VİDEO - YENİLƏNİB

Yunanstanda qəzaya uğrayan Ukrayna təyyarəsi Banqladeşə silah daşıyırmış - VİDEO  - YENİLƏNİB
# 17 iyul 2022 12:08 (UTC +04:00)

Yunanıstanda qəzaya uğrayan Ukraynanın “Meridian” şirkətinə məxsus “An-12” təyyarəsində Serbiyadan Banqladeş üçün nəzərdə tutulmuş 11,5 ton silah daşınırmış.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Serbiya baş nazirinin müavini, müdafiə naziri Neboyşa Stefanoviç bildirib.

Neboyşa Stefanoviç təyyarənin Serbiyadan Ukraynaya silah daşıdığı barədə xəbərlərin isə yalan olduğunu vurğulayıb.

Serbiya müdafiə naziri qəza zamanı təyyarənin 8 heyət üzvünün həlak olduğunu bildirib.

Təyyarənin Serbiyanın Niş hava limanından yerli vaxtla saat 20:40 radələrində havaya qalxıb. Təyyarənin Niş-Əmman-Ər-Riyad, Əhmədabad-Dakka marşrutunun öncədən razılaşdırıldığı da açıqlanıb. Təyyarə Yunanıstanın Kavala şəhərindən 40 km uzaqlıqda yerə çırpılıb.

***

saat 03.25

Yunanıstanın şimalında Ukraynanın Antonov yük təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Ukraynanın "Meridian" şirkətinə məxsus təyyarə Serbiyadan İordaniyaya uçurmuş.

İlkin məlumata görə, təyyarədə səkkiz nəfərdən ibarət ekipaj olub.

Pilot dispetçerə mühərrikin nasazlığı barədə məlumat verib, bundan sonra o, Kavala hava limanında təcili eniş üçün icazə alıb, lakin hava gəmisi radarlardan itib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR