Rusiya son raket hücumunda Ukrayanın Kiyev vilayətinə 11 ədəd “İsgəndər-M” və “İskəndər-K” raketləri endirib.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı bildirib.
"Ümumilikdə şimal istiqamətindən 11 raket atılıb ki, bunlar "İskəndər-M" və "İskəndər-K" raketləridir. Bütün raketlər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - Valeri Zalujnı bildirib.