Zaporojye AES yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub

Zaporojye AES yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub
# 17 sentyabr 2022 21:19 (UTC +04:00)

Zaporojye Atom Elektrik Stansiyası yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub.

APA-nın xəbərinə görə, bu barədə sentyabrın 17-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat verib.

Mühəndislər münaqişə zamanı zədələnmiş dörd əsas elekrik xəttindən birini təmir etdikdən sonra AES yenidən milli şəbəkədən elektrik enerjisi alır”, - deyə məlumatda bildirilir.

Sentyabrın 11-də AES-in altıncı enerji blokunun söndürüldüyü və stansiyanın fəaliyyətinin tamamilə dayandırıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR