Zaporojyedə yaşayış binası raketlə vurulub, ölənlər və yaralananlar var

Zaporojyedə yaşayış binası raketlə vurulub, ölənlər və yaralananlar var
# 02 mart 2023 10:46 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynanı bu gecə raket atəşinə tutub, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram”da yazıb.

O qeyd edib ki, gecə saatlarında şəhərin mərkəzindəki hündürmərtəbəli bina raketlə vurulub və binanın yuxarı mərtəbələri dağılıb.

“Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirlir” – Zelenski qeyd edib.

“Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq istəyir, lakin bizim torpaqlarımızda pislik hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər bir əməllərinə görə mütləq cavab verəcəklər” – Ukrayna Prezidenti əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR