Zelenski Administrasiyası: "Müzakirələr çərçivəsində Rusiya heç bir yeni sənəd təqdim etməyib"

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 23 aprel 2022 13:07 (UTC +04:00)

"Ukrayna ilə müzakirələr çərçivəsində Rusiya heç bir yeni sənəd təqdim etməyib".

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Bir formul sənədi var - Ukrayna tərəfinin İstanbulda Rusiya tərəfinə təqdim etdiyi İstanbul kommünikesi. Bundan sonra Rusiya tərəfi öz təkliflərini və ya şərhlərini vermək üçün Ukraynanın təklifini, yəni, bizim təhlükəsizlik zəmanəti ilə bağlı təklifimizi araşdırmağa başlayıb.

Ortada yeni sənəd, xüsusən də Rusiya Federasiyasının müəllifi olduğu heç bir sənəd yoxdur. Yalnız Rusiyanın iradları və təklifləri var, bunlar da işçi alt qruplar çərçivəsində nəzərdən keçirilir”, - deyə Mixail Podolyak bildirib.

Ukraynanın Rusiya ilə danışıqlarda iştirak edən heyətinin üzvü vurğulayıb ki, Kremlin Ukraynaya təkilflərlə bağlı sənə göndərməsi ilə əlaqədar bəyanatı yalnız spekulyativ xarakter daşıyır.

Qeyd edək ki, Kreml sülh danışıqları çərçivəsində razılaşma sənədi layihəsinin Ukraynaya ötürüldüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR