Zelenski administrasiyası müharibənin bitməsinə səbəb olacaq iki şəhərin adını çəkib

Zelenski administrasiyası müharibənin bitməsinə səbəb olacaq iki şəhərin adını çəkib
# 29 sentyabr 2022 03:06 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Luqansk və ya Donetski azad edəndə Rusiyaya qarşı müharibə başa çatacaq.

APA xəbər verir ki, bunu çərşənbə günü, telemarafonun efirində Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak qeyd edib ki, Luqansk və ya Donetskin işğaldan azad edilməsi Rusiya ordusunu ruhdan salacaq və cəbhənin dağılmasına gətirib çıxaracaq.

Podolyak bəyan edib ki, 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad edilmiş bütün ərazilərdə tammiqyaslı müharibə başa çatacaq.

Ukrayna İnformasiya Agentliyinin xəbərinə görə, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR