Zelenski Aİ lideri ilə Zaporojye AES-də baş verənlər barədə danışıb

Şarl Mişel və Volodimir Zelenski

© APA | Şarl Mişel və Volodimir Zelenski

# 07 avqust 2022 17:05 (UTC +04:00)

Ukrayna Prezident Vladimir Zelenski ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Danışıq zamanı mövzularından biri də Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını (AES) atəşə tutması olub.

APA xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.

Belə ki, Zelenski Mişelə cəbhədəki vəziyyət, eləcə də Rusiya ordusunun Zaporojye AES-i atəşə tutması barədə məlumat verib.

“Rusiyanın nüvə terroru beynəlxalq ictimaiyyətdən daha qətiyyətli cavab tələb edir”.

Siyasətçilər həmçinin “taxıl dəhlizi”nin işə salınması və Krım platforması sammitinə hazırlığı müzakirə ediblər.

Zelenski Avropa İttifaqı Şurasının Prezidentindən Ukraynaya makro-maliyyə yardımı paketinin ən qısa zamanda açılmasına kömək etməyi xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR