Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməramlı səfiri Orlando Blum ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Prezidentin Teleqram kanalında məlumat verilib.
Orlando Blum humanitar yardımın göstərilməsi və infrastrukturun bərpası üzrə layihələri dəstəkləyəcək, əsas diqqət ukraynalı uşaqların maraqlarının təmin edilməsinə yönəldilmişdir. Prioritetlər sırasında valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə qayğısı sisteminin inkişafı, erkən yaşlarda uşaqların inkişafı üçün infrastrukturun inkişafı, həmçinin gənclər üçün layihələrin və startapların yaradılması daxildir.
Zelenski aktyor Orlando Blum ilə görüşüb

Avropa

Britaniya müdafiə naziri Rusiya silahlarını alanları onu geri qaytarmağı tövsiyə edib

Polşa "Abrams" tanklarının ilk partiyasının ölkəyə gəlişinin vaxtını açıqlayıb

Zelenski: "Ukrayna “Patriot”lar üçün növbədədir"
