Zelenski Almaniya Prezidentini Kiyevə dəvət edib - YENİLƏNİB

Vladimir Zelenski, Frank-Volter Ştaynmayer

© APA | Vladimir Zelenski, Frank-Volter Ştaynmayer

# 05 may 2022 19:23 (UTC +04:00)

Almaniya Prezidenti Frank-Volter Ştaynmayerlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, məlumatı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak yayıb. O, söhbətin detallarının daha sonra açıqlanacağını qeyd edib. Əlavə edib ki, Almaniya Ukraynanın güclü müttəfiqi olaraq qalır və Rusiyanın Avropanın birliyini pozmaq cəhdləri boşunadır.
Telefon danışığı ilə bağlı Almaniya Prezidentinin administrasiyasının yaydığı məlumata görə, söhbət zamanı Zelenski Almaniya Prezidenti Frank-Volter Ştaynmayer və kansler Olaf Şoltsu Ukraynaya səfərə dəvət edib.
“Bild” nəşrinin jurnalisti Paul Ronzhaymer telefon danışığının baş tutması iləl bağlı məlumat yayıb və bildirib ki, tərəflər keçmişdəki problemləri geridə qoyaraq gələcək əməkdaşlığa fokuslanmaqla bağlı razılığa gəliblər.

***

16.56

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Almaniya Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər telefon danışığını çox vacib və çox yaxşı qiymətləndirib.

Hər iki lider arasında keçmişdə yaşanan anlaşılmazlıq aradan qaldırılıb. Onlar yaxın təmasda qalmaqla bağlı razılaşıblar.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina edib. Zelenski bu addımını Ştaynmayerin Rusiyanın hakim dairələri ilə sıx əlaqədə olması ilə əsaslandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR