Zelenski Avropa Komissiyasının rəhbəri ilə Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini müzakirə edib

Vladimir Zelenski və Ursula von der Leyen

© APA | Vladimir Zelenski və Ursula von der Leyen

# 04 sentyabr 2022 15:38 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə telefon danışığı zamanı Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Zelenski Twitter-də yazıb:

“Biz Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla, səkkizinci sanksiyalar paketinin hazırlanmasının vacibliyini vurğuladıq”.

Söhbətdə Rusiyanın neft və qaz satışından əldə etdiyi mənfəətin məhdudlaşdırılması məsələsinə də toxunulub.

Ukrayna prezidenti onu da bildirib ki, Avropa Komissiyasının rəhbəri ilə Avropa İttifaqının Ukraynaya yeni yardım paketinin ayrılması məsələsini müzakirə edib. Söhbət zamanı Ukraynanın Aİ-yə daxil olması üçün yerinə yetirməli olduğu şərtlərin yerinə yetirilməsinin operativ qiymətləndirilməsi imkanları nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR