Zelenski Avropa üçün tarixi qərarların hazırlandığını açıqlayıb

Zelenski Avropa üçün tarixi qərarların hazırlandığını açıqlayıb
# 21 iyul 2022 05:31 (UTC +04:00)

Kiyev Ukrayna-Avropa İttifaqı (Aİ) sammitini keçirməyə hazırlaşır və bu, ölkənin Aİ-yə üzvlüyündə irəliləməsinə kömək edəcək.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığından sonra bildirib.

Ukrayna liderinin sözlərinə görə, əsas mövzu Ukraynanın Avropa İttifaqından maliyyə dəstəyi olub.

“Biz Avropa İttifaqına gedən yolda dövlətimizin institusional güclənməsinə hazırlaşırıq. Tezliklə bununla bağlı mühüm xəbərlər ola bilər. Biz Avropada iştirakımız üçün bəzi tarixi qərarlar hazırlayırıq”, - deyə Zelenski vurğulayıb.

Zelenski Kiyevin hansı tarixi qərarlar hazırladığını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR