Zelenski azad edilmiş Xerson şəhərinə səfər edib - VİDEO

Zelenski azad edilmiş Xerson şəhərinə səfər edib - VİDEO
# 14 noyabr 2022 13:12 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiyanın nəzarətindən yenicə azad edilmiş Xerson şəhərinə səfər edir”, - "Reuters"in məlumatında qeyd olunub.

Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da "Twitter" hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.

Xatırladaq ki, noyabrın 11-də Rusiya qoşunları Xersondan geri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR