Zelenski: “Azovstal”da hərbçilər öldürülərsə, Moskva ilə danışıqlar mümkün olmayacaq”

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 06 may 2022 20:26 (UTC +04:00)

“Azovstal” poladəritmə kombinatında qalan ukraynalı hərbçilər öldürüləcəyi təqdirdə rəsmi Kiyevin Moskva ilə diplomatik danışıqlar aparması mümkün olmayacaq.

APA-nın Böyük Britaniya mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın “Chatham House” beyin mərkəzi ilə videokonfrans formatında görüşündə belə deyib.

“Əgər onlar müharibə əsirləri kimi mübadilə edilməli olan və ya sadəcə mülki vətəndaş kimi azad edilməli olan, yaralı hərbçi və ya mülki şəxs kimi yardım edilməli olan insanları öldürsələr, onları məhv etsələr, düşünmürəm ki, biz bundan sonra onlarla hər hansı bir diplomatik danışıqlar apara bilərik”, - deyə Zelenski bildirib.

Zelenski vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə sülh danışıqları Rusiya qoşunları işğaldan əvvəlki mövqelərinə çəkilmədən davam edə bilməz və bu rəsmi Kiyevin minimal gözləntisidir.

Zelenski virtual görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Ukrayna öz ərazilərini geri qaytarmaq istəyir və ölkəsinin parlaq gələcəyi var.

Zelenski onun üçün prioritetin Ukraynanın ərazi bütövlüyü və qaçqınların öz evlərinə qayıtması olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR