Zelenski Baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarıb

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 17 iyul 2022 23:43 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Baş prokuror İrina Venediktovanı və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifələrindən azad edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Zelenski bildirib ki, indiyədək prokurorluq və digər hüquq-mühafizə orqanları işçilərinə qarşı vətənə xəyanət və kollaborasionizm maddəsi ilə 651 cinayət işi açılıb. Cinayətlərin çoxluğu təhlükəsizlik orqanlarının rəhbərləri üçün ciddi suallar doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR