Zelenski: Baxmut şəhəri faktiki olaraq dağılıb

Zelenski: Baxmut şəhəri faktiki olaraq dağılıb
# 10 dekabr 2022 03:00 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimiz Zelenski Donbas cəbhəsi istiqamətində vəziyyətin ağır olduğunu, Baxmut şəhərinin faktiki olaraq dağıldığını bildirib.

APA-nın xəbərinə görə, dövlət başçısı videomüraciətində Donetsk istiqamətində ağır toqquşmaların getdiyini bildirib.

“Cəbhənin əsas istiqamətlərində vəziyyət çox ağırdır. Soledar, Kremennaya və Baxmutda mərmi düşməyən yer qalmayıb. Baxmut şəhəri faktiki olaraq dağılıb. Rusiya ordusu buranı xarabalığa çevirib” – deyə Zelenski vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR