Zelenski: “Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu”

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 28 may 2022 21:22 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ona müharibədən 1 il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu.

APA-nın xəbərinə görə, bu barədə dövlət başçısı Niderlandın NOS agentliyinə müsahibəsində bildirib.

“Ölkəmiz hazırlaşırdı. Bilirdik ki, hər an irimiqyaslı hücum ola bilər. Bizə hələ 1 il əvvəl səngər qazmaq və əhalini köçürmək təklif edilirdi. Bu doğru yol deyildi və cəmiyyətdə çaxnaşma yaratmağa ehtiyac yox idi” – deyə Zelenski qeyd edib.

Dövlət başçısı bildirib ki, müharibədən 1 il əvvəl belə bir addım atmaq iqtisadiyyat zərbə vura bilərdi: “Hər bir addım maliyyə vəziyyətinə zərbə vurur. Biz bunu müharibə başlayandan sonra daha ciddi hiss etdik. Büdcə kəsirimiz 5 milyardı keçib. Bu kəsr martdan sonra başlayıb. Əgər 1 il əvvəl kampaniyaya başlasaydıq, o zaman iqtisadiyyatımız ümumiyyətlə mövcud olmayacaqdı.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR