Zelenski bir neçə yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb

Zelenski bir neçə yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb
# 05 sentyabr 2022 01:15 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun bir sıra ərazilərdə irəlilədiyini elan edib.

APA xəbər verir ki, bu barədə Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

“Bu gün Donetsk vilayətində nəticəni təmin edən 103-cü Terod Müdafiə Briqadasının 63-cü batalyonunun əsgərlərinə təşəkkür etmək istərdim. Qəsəbə azad edildi. Lisiçansk - Seversk istiqamətində müəyyən yüksəkliklər tutulub”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, cənubda iki yaşayış məntəqəsi azad edilib.

Ukrayna mediasının yazdığına görə, Cənubda Xerson vilayətinin Vısokopolye kəndi azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR