Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə NATO-nun iyul sammitindən gözləntilərini müzakirə edib.
APA xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilib.
Zelenski görüşdə Ukraynanın hava hücumundan müdafiə sisteminin sürətli və əhəmiyyətli dərəcədə gücləndirilməsi üçün kömək istəyib.
Ukrayna prezidenti xahişini Rusiyanın Ukrayna infrastrukturuna hücumlarının intensivləşməsi ilə əsaslandırıb.